
Zeem - Elektrikli yükdaşıma velosipedi
I. ÜMUMİ VƏZİYYƏT
· Hazırda şəhərdaxili yüklərin daşınması əsasən avtomobillər, adi velosipedlər və motosikletlər hesabına yerinə yetirilir.
· Problemlər:
- yüksək yanacaq sərfiyyatı;
- havanın çirklənməsi (karbon qazı tullantısı);
- səs çirklənməsi;
- motosiklet/velosipedlərin yük götürmə potensialı aşağlı olmasından dolayı səmərəsiz daşınma;
- tıxac;
- avtomobil yollarında hərəkət edən motosikletlər tərəfindən törədilən qəzalar.
· Həll yolu: elektrikli mühərriklə təchiz edilmiş ekologiya dostu yükdaşıma velosipedlərinin ənənəvi üsulları əvəz etməsi.
II. QISA TƏSVİRİ
· ZEEM (Zero EMission – sıfır tullantı) elektrik mühərriki ilə çalışan 100 kq-a qədər yükdaşıma potensialı olan velosipeddir.
· Tətbiq sahəsi – yük daşıma.
· Hədəf bazarları – çatdırılma/daşıma xidməti göstərən şirkətlər, gül mağazaları, səyyar kofe satışı və s.
· Əsas hissələr:
- Kabin;
- Yük yeri;
- Şassi, əyləc sistemi, 4 təkər, pedallar;
- Rəqəmsal idarəetmə paneli və işıqlandırma sistemi;
- Elektrik mühərriki və batareya.
- Əsas özəlliklər/üstünlüklər:
1. Elektrik enerjisi ilə işlədiyi üçün havada karbon qazının miqdarını artırmır, yanacaq xərclərinə və enerji sərfiyyatına qənaət edir;
2. Mühərrikdən istifadə etmədən pedallarla da idarə edilməsi mümkündür;
3. Dörd təkərin olması əlavə sabitlik və geniş yükləmə sahəsi təmin edir, bu isə böyük və ağır yüklərin daşınmasını asanlaşdırır (potensial:100 kq);
4. Velosiped yolları və dar küçələrdə çevik hərəkət edir (maksimal sürət: 25 km/saat);
5. Elektrik mühərrikinin olması səs-küyü minimuma endirir, təmir və qulluq xərclərini azaldır.