1. Maarifləndirmə, fərqindəlik və təşviq xidmətləri
- əqli mülkiyyət sahəsində maarifləndirmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması;
- texnologiyaların kommersiyalaşdırılması və transferi sahəsində maarifləndirmə;
- ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması və texnologiya layihələrinin sayının artırılması.
|
|
2. Layihələrin təhlili və inkişaf etdirilməsi
- müxtəlif sahələrə aid layihələrin hərtərəfli təhlili;
- yüksək kommersiyalaşdırılma potensialı olan layihələrin müəyyən edilməsi;
- innovativ layihələrin inkişafı, eləcə də tətbiqi üçün konkret tədbirlər görülməsi.
|
 |
3. Texnologiyaların transferi
- texnologiyaların kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transfer prosesində vasitəçilik;
- texnologiyanın seçilməsi, inkişafı və inteqrasiyası, ondan qanuni istifadənin təmin edilməsi;
- texnologiyaların maliyyə və iqtisadi təhlilinin, eləcə də bazar araşdırmasının aparılması.
|
 |
4. Texnologiyaların kommersiyalaşdırılması
- prototiplərin hazırlanması və test edilməsinə şərait yaradılması;
- kommersiyalaşdırılma üçün uyğun biznes modelinin yaradılması;
- bazar araşdırması, istehsal prosesi, marketinq və satış məsələlərinə dəstək verilməsi;
- kommersiyalaşdırılma mexanizminin müəyyən edilməsi.
|
 |
5. Əqli mülkiyyət hüquqlarının idarə olunması və lisenziyalaşdırma
- əqli mülkiyyət hüquqlarının qorunması və kommersiya məqsədli istifadəyə hazırlanması;
- əqli mülkiyyət hüquqlarının ötürülməsi və istifadə şərtlərinin müəyyənləşdirilməsi.
|

|