Haqqımızda
Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi (TKTM), Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında” 2021-ci il 6 aprel tarixli Fərmanı əsasında yaradılmışdır.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərən Mərkəz, elm və sənayenin inteqrasiyası yolu ilə ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, innovativ iqtisadiyyatın formalaşdırılması, habelə texnologiyaların transferi və kommersiyalaşdırılması istiqamətində işlər həyata keçirir.