Patentləşdirilmə mərhələsində olanlar

Satelyzer - Kənd təsərrüfatı üçün peyk data xidməti

I.  ÜMUMİ VƏZİYYƏT

 

·         Kənd təsərrüfatı sahəsində səmərəliliyin artırılmasına olan ciddi tələbat müvafiq sahə üzrə məlumatların hərtərəfli təhlilini və nəticələrin             

        qiymətləndirilməsi zamanı müasir texnologiyaların tətbiqini zəruri edir.

·         Problemlər: 

     -       sahələrin yetərli səviyyədə qiymətləndirilməməsi və təhlil olunmaması;

     -       proqnozlaşdırma və planlaşdırmada çətinliklər;

     -       əkin sahələrinin təhlili və monitorinqi üçün əlavə resurs və xərcin tələb olunması;

     -       səmərəliliyin aşağı düşməsi.

·         Həll yolu: peyk görüntüləri vasitəsilə kənd təsərrüfatı ərazilərinin təfərrüatlı təhlili.

 

II.  QISA TƏSVİRİ

 

·         “Satelyzer” peyk görüntülərindən istifadə edərək kənd təsərrüfatı torpaqları ilə bağlı məlumatların emalını həyata keçirir.

·         Tətbiq sahəsi:

     -       fermerlərə məxsus kənd təsərrüfatı təyinatlı ərazilər;

     -       dövlət mülkiyyətində olan və iri şirkətlərə məxsus kənd təsərrüfatı təyinatlı ərazilər;

     -       meşələr (meşələrin qorunması ilə bağlı xidmətlər).

·         İki hissədən ibarətdir:

     -       onlayn istifadəçi paneli;

     -       uzaqdan zondlama üsulu ilə əldə edilən məlumatlar.

·         Əsas özəlliklər/üstünlüklər:

      -       fermerlərə və aqronomlara əkin sahələrinin monitorinqi və məhsuldarlığın artırılması ilə bağlı dəqiq məlumatlar təqdim etməsi;

      -       resursların daha səmərəli idarəsini (suvarma, gübrələmə və məhsul yığımı üçün optimal vaxtın müəyyənləşdirilməsi, hava şəraitinin

          proqnozlaşdırılması, torpağın sağlamlığı, nəm səviyyəsinin müəyyənləşdirilməsi və s.) təmin etməsi.