Startaplar

SATELYZER

   Qısa təsviri: “Satelyzer” peyk görüntülərindən istifadə edərək kənd təsərrüfatı torpaqlarının emalını həyata keçirir.

   Tətbiq sahəsi:

-       Fermerlərə məxsus kənd təsərrüfatı təyinatlı ərazilər (fermerlərə birbaşa xidmətlərin göstərilməsi - bank-fermer, sığorta şirkəti-fermer münasibətlərində üçüncü tərəf kimi iştirak edilməsi və s.);

-       dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı ərazilər;

-       meşələr (meşələrin qorunması ilə bağlı xidmətlər).

    Xidmət iki hissədən ibarətdir:

-       İnternet səhifəsi;

-       Uzaqdan zondlama üsulu ilə əldə edilən məlumatlar.

     Əsas özəlliklər/üstünlüklər:

1.    Rəqib analoji məhsullardan fərqli olaraq, fermerlərə və kənd təsərrüfatı mütəxəssislərinə əkin sahələrinin monitorinqi, resursların daha səmərəli idarəsi və məhsuldarlığın artırılması ilə bağlı daha dəqiq məlumatlar təqdim edir.

2.    Əkin növü xəritəsinin yaradılması və əkin sahəsinin qiymətləndirilməsi; suvarma, gübrələmə və məhsul yığımı üçün optimal vaxtın müəyyənləşdirilməsi; hava şəraitinin proqnozlaşdırılması; torpağın sağlamlığı və nəm səviyyəsinin müəyyənləşdirilməsi; bitki xəstəliklərinin və zərərvericilərinin vaxtında aşkarlanması; gələcək məhsulun həcmi və keyfiyyətinin proqnozlaşdırılması kimi həllər təqdim edir.