
AzIrrigation - Ağıllı suvarma sistemi
I. ÜMUMİ VƏZİYYƏT
· Ölkədə suvarma tələb olunan torpaq sahələrinin böyük hissəsi hələ də mexaniki üsulla suvarılır.
· Problemlər:
- su israfı (vacib: ölkənin şirin su ehtiyatı olduqca azdır);
- artıq suvarmadan dolayı torpağın şoranlaşması və məhsuldarlığın azalması;
- vaxt itkisi;
· Həll yolu: suvarmada daha effektiv texnologiyaların tətbiqi.
II. QISA TƏSVİRİ
· Azirrigation, mobil proqram üzərindən idarə etməyə imkan verən, IoT texnologiyası və süni intellekt vasitəsilə əkinlərin və bağların ağıllı
suvarılması sistemidir.
· Tətbiq sahəsi: ağıllı suvarmanın aparıla biləcəyi hər yer - əkin sahələri, bağlar, parklar, fabriklərin əraziləri, qolf və futbol sahələri.
· Məhsul üç hissədən ibarətdir:
- Mobil tətbiq;
- Konstruksiya (borular, sensorlar, klapanlar);
- Elektronika (beyin hissə).
· Əsas özəlliklər/üstünlüklər:
1. Mobil tətbiq vasitəsilə idarə edilə bilir;
2. Bərabər təzyiqli suvarma mexanizmi əsasında torpağın məhsuldarlığını artırır, suya, enerjiyə, pula və vaxta qənaət edir;
3. Bitkinin növü, torpağın şoranlığı, hava şəraitinə görə suvarma sisteminə inteqrasiya olunmuş tövsiyə sistemi ilə təmin olunub.