Tullantıdan üzvi gübrənin alınması
I. ÜMUMİ VƏZİYYƏT
· Azərbaycanda tullantı sularının (çirkli məişət suları) böyük qismi təkrar istifadə edilmir, daşınaraq nəzərdə tutulmuş sanitar poliqonlarda boşaldılır.
Dünyada bu cür sulardan üzvi gübrələrin alınması üsulları mövcuddur.
· Problemlər:
- tullantı sularının daşınması və boşaldılması xərcləri;
- tullantıdan yenidən istifadə olunmaması;
- gübrəyə ciddi vəsaitin xərclənməsi.
· Həll yolu: çirkli məişət sularından üzvi gübrələrin alınması.
II. QISA TƏSVİRİ
· Üsul tullantı sularının aktiv lilindən gübrənin alınmasını təmin edir.
· Tətbiq sahəsi: tullantı suları.
· Əsas özəlliklər/üstünlüklər:
1. Xammalın tullantı olması;
2. Çirkli məişət suyu tullantılarının daşınması və axıdılması xərclərini qismən azaltması.
· Nailiyyətlər:
- Alınan gübrə Salyan rayonunun 2 hektarlıq pambıq əkini sahəsində test edilmiş və müsbət nəticə əldə edilmişdir.