Patentlər

Qamışdan DSP alınması

 

I. ÜMUMİ VƏZİYYƏT

 

·      Faner, DSP (древесно-стружечная плита) və OSP (ориентированно-стружечная плита) bütün dünyada geniş istifadə edilən materiallardandır.   

      Tikinti, mebel və digər bir çox sənaye sahəsində istifadə olunan bu məhsulların istehsalı zamanı əsasən ağacdan istifadə edilir.

·      Problemlər: Faner, DSP və OSP istehsalında ənənəvi üsulların tətbiqi aşağıdakılara səbəb olur:

         -     dayanaqlılığın və rütubətə qarşı dözümlülüyün zəif olması;

         -     meşə ehtiyatının azalması.

·      Həll yolu: Ağac əvəzinə qamış və qarğıdan istifadə.

 

 

II.  QISA TƏSVİRİ

 

·      İxtira qamışdan xammal kimi istifadə etməklə faner istehsalı üsuludur.

·      Tətbiq sahəsi: Tikinti və mebel sənayesi, yükdaşıma, qablaşdırma və s.

·      Əsas özəlliklər/üstünlüklər:

      1.   Bu üsulla hazırlanmış DSP-nin sıxlıq qabiliyyəti və rütubətə dözümlülüyü ağacdan hazırlanmışa nəzərən daha yüksəkdir;

      2.   Meşə ehtiyatına mənfi təsir etmir;

      3.   İdxalı əvəzləyə və yerli istehsala keyfiyyətli xammal təmin edə bilər;

      4.   İxrac potensiallı ola bilər.