Patentlər

Kuleko - Külək türbini

 I.  ÜMUMİ VƏZİYYƏT

 

·   Günümüzdə alternativ enerji mənbələrinə tələbat olduqca yüksəkdir. Bu ehtiyacın müəyyən hissəsi ənənəvi/horizontal külək turbinlərinin hesabına yerinə yetirilir.

·     Ənənəvi külək turbinləri ilə bağlı çatışmazlıqlar:

-       məhdud tətbiq sahəsi – ucqar, nahamar və kiçik ərazilərdə tətbiqin mümkün olmaması;

-       konstruksiya və hazırlanma texnologiyasının mürəkkəbliyi;

-       işə düşməsi üçün yüksək sürət (4-5 m/s) tələbi;

-       böyük həcmdə investisiya tələbi.

·     Həll yolu: şaquli oxlu külək turbinlərinin istifadəsi.

 

II.  QISA TƏSVİRİ

 

·     Kuleko, xüsusi stasionar panellərə malik şaquli oxlu külək generatorudur.

·     Tətbiq sahəsi: Telekommunikasiya qurğuları, hərbi obyektlər, fərdi evlər və mənzillər, şəhərin və yolların işıqlandırma sistemləri və s.

·      Əsas hissələr:

-       Panel;

-       Pər;

-       Generator.

·    Əsas özəlliklər/üstünlüklər:

1.    Qurğunun dörd bir tərəfində effektivliyi artıran və sistemin tormozlaşmasının qarşısını alan xüsusi panellərin olması;

2.    Qurğunun aşağı start sürəti (1-2 m/s) tələb etməsi və küləyin istənilən istiqamətdə əsməsi zamanı motorun öz-özünə işə düşməsi;

3.    İki modifikasiyasının mövcud olması:

 -   Off-grid – əldə edilən enerji akkumlyatora toplanır və külək olmadığı vaxtlarda istifadə edilir.

 -   On-grid birbaşa şəbəkəyə qoşulur.

4.    Motorun yanma ehtimalına qarşı nizamlayıcı xüsusi kontrollerin mövcud olması;

5.    Şaquli oxlu olduğu üçün daha kiçik sahə tələb etməsi və daha geniş tətbiq imkanına malik olması.