ZEEM
Qısa təsviri: ZEEM (Zero EMission – sıfır tullantı) elektrik mühərriki ilə çalışan 150 kq-a qədər yükdaşıma gücü olan velosipeddir.
Tətbiq sahəsi: Fərdi istifadə, çatdırılma şirkətləri, marketlər, otellər, restoranlar, kofeşoplar, gül salonları, şirniyyat mağazaları və s.
Əsas özəlliklər/üstünlüklər:
1. Elektrik enerjisi ilə işlədiyi üçün havada karbon miqdarını azaldır, yanacaq xərclərinə və enerji sərfiyyatına qənaət edir;
2. Mühərrikdən istifadə etmədən pedallarla da idarə edilməsi mümkündür;
3. Dörd təkərin olması əlavə sabitlik və geniş yükləmə sahəsi təmin edir, bu isə böyük və ağır yüklərin daşınmasını asanlaşdırır;
4. Velosiped yolları və dar küçələrdə çevik hərəkət edir;
5. Elektrik mühərrikinin olması səs-küyü minimuma endirir, təmir və qulluq xərclərini azaldır.