
Fasad yuma robotu
I. ÜMUMİ VƏZİYYƏT
· Günümüzdə şüşə fasadlı binaların sayının çoxalması fasadyuma xidmətlərinə tələbatın artmasına gətirib çıxarır. Bu xidmət əsasən insan əməyi
hesabına yerinə yetirilir.
· Problemlər - fasadyumada insan əməyindən istifadə aşağıdakılara səbəb olur:
- həyati təhlükə;
- keyfiyyətsiz təmizləmə;
- uzun vaxt tələb etməsi.
· Həll yolu: fasadyumada insan əməyinin robotlarla əvəz edilməsi.
II. QISA TƏSVİRİ
· Robot şüşə və alkopan fasadların tam avtonom şəkildə yuyulması və yüksək təzyiqli hava ilə qurudulmasını həyata keçirir.
· Tətbiq sahəsi: Hündürmərtəbəli binaların şüşə və alkopan fasadlarının, günəş panellərinin yuyulması
· Robot üç hissədən ibarətdir:
- PDC (portable digital crane) adlandırılan beyin hissə;
- Fasad yuyan qurğu (washing unit);
- Kontroller.
· Əsas özəlliklər/üstünlüklər:
1. PDC tərəfindən işin tam avtonom şəkildə yerinə yetirilməsi - rəqib analoji məhsullardan fərqli olaraq uzaqdan mütəmadi müdaxiləyə ehtiyac
duyulmur, işin yerinə yetirilməsi üçün yalnız koordinatların daxil olunması kifayətdir.
2. Yuma qurğusunun unikal dizaynı – mühərrik və digər komponentlərin effektiv yerləşdirilməsi ilə qurğu əhatə etdiyi sahənin 95%-ni təmizləyə
bilir.
3. Robot 1) inspeksiya (şüşə fasadların vəziyyətinin dəyərləndirilməsi); 2) dekorasiya/rəngləmə; 3) qum püskürtmə ilə təmizləmə funksiyalarını
da həyata keçirə bilər.