Patentləşdirilmə mərhələsində olanlar

AzIrrigation - Ağıllı suvarma sistemi

 I.  ÜMUMİ VƏZİYYƏT

 

·  Ölkədə suvarma tələb olunan torpaq sahələrinin böyük hissəsi hələ də mexaniki üsulla suvarılır.

·  Problemlər:

      -       su israfı (vacib: ölkənin şirin su ehtiyatı olduqca azdır);

      -       artıq suvarmadan dolayı torpağın şoranlaşması və məhsuldarlığın azalması;

      -       vaxt itkisi;

·  Həll yolu: suvarmada daha effektiv texnologiyaların tətbiqi.

 

II.  QISA TƏSVİRİ

 

·   Azirrigation, mobil proqram üzərindən idarə etməyə imkan verən, IoT texnologiyası və süni intellekt vasitəsilə əkinlərin və bağların ağıllı

    suvarılması sistemidir.

·   Tətbiq sahəsi: ağıllı suvarmanın aparıla biləcəyi hər yer - əkin sahələri, bağlar, parklar, fabriklərin əraziləri, qolf və futbol sahələri.

·   Məhsul üç hissədən ibarətdir:

      -       Mobil tətbiq;

      -       Konstruksiya (borular, sensorlar, klapanlar);

      -       Elektronika (beyin hissə).

·   Əsas özəlliklər/üstünlüklər:

     1.   Mobil tətbiq vasitəsilə idarə edilə bilir;

     2.   Bərabər təzyiqli suvarma mexanizmi əsasında torpağın məhsuldarlığını artırır, suya, enerjiyə, pula və vaxta qənaət edir;

     3.   Bitkinin növü, torpağın şoranlığı, hava şəraitinə görə suvarma sisteminə inteqrasiya olunmuş tövsiyə sistemi ilə təmin olunub.