Patentlər

Turanga - İdman Trenajoru

I. QISA TƏSVİRİ

  • Avadanlıq ev, ofis, idman zalı və digər şəraitdə yaydan ibarət köməkçi mexanizm vasitəsilə əzələlərin əsas qrupunun (sinə, qol, kürək, ayaq) məşqi üçün nəzərdə tutulmuşdur.

 Ölçü və çəki: 190x70x20 sm, 60 kq

 Əsas üstünlüklər:

  • köməkçi mexanizm;
  • istifadəsinin çox sadə olması;
  • yığcamlıq və yüngüllük;
  • kobud görüntü ilə otağın, ofisin və ya analoji məkanların dizaynını korlamaması;
  • səs-küylü olmaması;
  • daşıma, yerləşdirmə, təmir və saxlanmasının rahat və ucuz olması.

 Son alıcı kütləsi qrupları:

  • Fiziki aktivliyi qorumaq istəyənlər güc strukturlarının əməkdaşları, idmançılar, idmanla məşğul olan digər şəxslər və s;
  • Artıq çəkidən əziyyət çəkən və sadə hərəkətləri, o cümlədən oturub-durmağı sərbəst yerinə yetirməyi bacarmayan şəxslər;
  • Artıq çəkidən əziyyət çəkməsə də passiv/oturaq həyat tərzi sürən şəxslər;
  • Yaşlı insanlar – yaş səbəbindən əzələləri passivləşmiş təqribən 60-dan çox yaşı olan insanlar;
  • Reabilitasiya və fizioterapiya keçən şəxslər – xüsusilə onurğa sütunu, yuxarı və aşağı ətraflarla bağlı problemlərdən əziyyət çəkən şəxslər.