İDMAN TRENAJORU
Avadanlıq ev, ofis, idman zalı və digər şəraitdə yaydan ibarət köməkçi mexanizm vasitəsilə əzələlərin əsas qrupunun (sinə, qol, kürək, ayaq) məşqi üçün nəzərdə tutulmuşdur.
Ölçü və çəki: 190x70x20 sm, 60 kq
Əsas üstünlüklər:
- köməkçi mexanizm;
- istifadəsinin çox sadə olması;
- yığcamlıq və yüngüllük;
- kobud görüntü ilə otağın, ofisin və ya analoji məkanların dizaynını korlamaması;
- səs-küylü olmaması;
- daşıma, yerləşdirmə, təmir və saxlanmasının rahat və ucuz olması.
Son alıcı kütləsi qrupları:
- Fiziki aktivliyi qorumaq istəyənlər– güc strukturlarının əməkdaşları, idmançılar, idmanla məşğul olan digər şəxslər və s;
- Artıq çəkidən əziyyət çəkən və sadə hərəkətləri, o cümlədən oturub-durmağı sərbəst yerinə yetirməyi bacarmayan şəxslər;
- Artıq çəkidən əziyyət çəkməsə də passiv/oturaq həyat tərzi sürən şəxslər;
- Yaşlı insanlar – yaş səbəbindən əzələləri passivləşmiş təqribən 60-dan çox yaşı olan insanlar;
- Reabilitasiya və fizioterapiya keçən şəxslər – xüsusilə onurğa sütunu, yuxarı və aşağı ətraflarla bağlı problemlərdən əziyyət çəkən şəxslər.