İxtiralar

İDMAN TRENAJORU

 Avadanlıq ev, ofis, idman zalı və digər şəraitdə yaydan ibarət köməkçi mexanizm vasitəsilə əzələlərin əsas qrupunun (sinə, qol, kürək, ayaq) məşqi üçün   nəzərdə tutulmuşdur.

 Ölçü və çəki: 190x70x20 sm, 60 kq

 Əsas üstünlüklər:

-       köməkçi mexanizm;

-       istifadəsinin çox sadə olması;

-       yığcamlıq və yüngüllük;

-       kobud görüntü ilə otağın, ofisin və ya analoji məkanların dizaynını korlamaması;

-       səs-küylü olmaması;

-       daşıma, yerləşdirmə, təmir və saxlanmasının rahat və ucuz olması.

 Son alıcı kütləsi qrupları:

-       Fiziki aktivliyi qorumaq istəyənlər güc strukturlarının əməkdaşları, idmançılar, idmanla məşğul olan digər şəxslər və s;

-       Artıq çəkidən əziyyət çəkən və sadə hərəkətləri, o cümlədən oturub-durmağı sərbəst yerinə yetirməyi bacarmayan şəxslər;

-       Artıq çəkidən əziyyət çəkməsə də passiv/oturaq həyat tərzi sürən şəxslər;

-       Yaşlı insanlar – yaş səbəbindən əzələləri passivləşmiş təqribən 60-dan çox yaşı olan insanlar;

-       Reabilitasiya və fizioterapiya keçən şəxslər – xüsusilə onurğa sütunu, yuxarı və aşağı ətraflarla bağlı problemlərdən əziyyət çəkən şəxslər.