KULEKO
Qısa təsviri: Kuleko, xüsusi stasionar panellərə malik şaquli oxlu külək generatorudur.
Tətbiq sahəsi: Kənd təsərrüfatı sahələri, hərbi obyektlər, fərdi evlərin və hündürmərtəbəli binaların damları, eyvanlar, şəhərin və yolların işıqlandırma sistemləri və s.
Əsas özəlliklər/üstünlüklər:
1. Qurğunun iki modifikasiyası mövcuddur:
- akkumlyatorla (off-grid) – işləyən zaman əldə edilən enerjinin akkumlyatora toplanır və külək olmadığı vaxtlarda yığılan enerjinin istifadə edilir.
- akkumlyatorsuz (on-grid) – birbaşa şəbəkəyə qoşulur.
2. Ənənəvi külək turbinlərindən fərqli olaraq, qurğu aşağı start sürətinə (1-2 m/s) malikdir və küləyin istənilən istiqamətdə əsməsi zamanı motor öz-
özünə işə düşür.
3. Qurğudakı xüsusi kontroller motorun yanma ehtimalına qarşı nizamlayıcı funksiya görür.
4. Əsas unikallığı qurğunun dörd bir tərəfində effektivliyi artıran və sistemin tormozlaşmasının qarşısını alan xüsusi panellərin olmasıdır.