
Görmə əngəlli insanlar üçün innovativ əsa
I. ÜMUMİ VƏZİYYƏT
· Tam görmə əngəlli insanlar sərbəst və müstəqil şəkildə hərəkət edə bilmək üçün müxtəlif vasitələrə ehtiyac duyurlar. Bu vasitələrdən ən geniş yayılmışı əsadır.
· Problemlər:
- xaricdən gətirilən texnoloji vasitələrin qiymətlərinin yüksək olması;
- naviqasiyada problemlər;
- gündəlik məlumatın (hava və s.) təmin olunmaması.
· Həll yolu: tam görmə əngəlli insanların gündəlik həyatını asanlaşdıran yeni texnologiyaların tətbiqi.
II. QISA TƏSVİRİ
· Görmə əngəlli insanların rahat hərəkət edə bilməsi üçün nəzərdə tutulan qurğu süni intellekt vasitəsilə idarə olunan beyinə sahibdir.
· Hədəf bazarı: Tam görmə əngəlli insanlar, belə insanların sosial təminatı ilə məşğul olan dövlət qurumları və QHT-lər.
· Aşağıdakı hissələrdən ibarətdir:
- Beyin;
- Kamera;
- Günəş paneli;
- Təkər;
- Əsa.
· Əsas özəlliklər/üstünlüklər:
1. Günəş enerjisi və ya təkərin fırlanması ilə də enerji əldə etməsi;
2. Üzərində virtual səsli köməkçisinin olması;
3. Naviqasiyanın olması.