Mərkəzin rəhbərliyi Çində keçirilən təlimdə iştirak edib
Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini İlahə Abbaszadə Çin Xalq Respublikasının Pekin şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Çin Milli Əqli Mülkiyyət Administrasiyasının dəstəyi ilə təşkil edilən “Əqli Mülkiyyət Aktivlərinin İdarə Edilməsi və Kommersiyalaşdırılması üzrə WIPO-CNIPA Təlimi” proqramı çərçivəsində “Təkmilləşdirilmiş Təlim”də iştirak etmişdir.
Təlimdə innovasiya və yaradıcılığın təşviqində dövlətlərin rolu, innovasiya və əqli mülkiyyətin idarə olunması siyasəti və strategiyaları, texnologiyanın transferi üçün əlverişli mühitin yaradılması, universitetlərdə və elmi-tədqiqat institutlarında əqli mülkiyyətin və texnologiyanın idarə edilməsi, əqli mülkiyyətin qiymətləndirilməsi və tərəfdaşlar vasitəsilə kommersiyalaşdırılması strategiyaları kimi məsələlər müzakirə edilmişdir.