Mərkəzin rəhbərliyi ilə ASK arasında işgüzar görüş keçirilib
3 sentyabr 2024-cü il tarixində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin rəhbərliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Konfederasiyanın prezidentinin müşaviri Ziya Hacılı arasında işgüzar görüş keçirilib.
Görüşdə texnologiyaların kommersiyalaşdırılması sahəsinin, o cümlədən startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri, elm və sənaye arasında qarşılıqlı münasibətlərin əhəmiyyəti və bu istiqamətdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.