Mərkəzin rəhbərliyi Astanada keçirilən regional seminarda iştirak edib
Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini İlahə Abbaszadə 3-5 dekabr 2024-cü il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının (APT) birgə təşkilatçılığı ilə “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional Görüşü” çərçivəsində “Mərkəzi Asiyada Qlobal Texnologiya və İnnovasiya Mərkəzləri Şəbəkəsinin İnkişafı” mövzusunda seminarda iştirak etmişdir.
Seminarda regionda innovasiya və texnologiyaların kommersiyalaşdırılması və transferi istiqamətində fəaliyyət göstərən təşkilatların gördüyü işlər, bu istiqamətdə Dünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri tərəfindən verilən tövsiyələr, regional əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.