Xəbərlər

Bursa Uludağ Universitetinin nümayəndələri ilə işgüzar görüş keçirilib

30 avqust 2024-cü il tarixində Bursa Uludağ Universitetinin Texnologiyaların Transferi Ofisinin direktoru Recep Eren, direktorun köməkçisi Nihal Sağlam ilə Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə Mərkəzin və Transfer Ofisinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Ölkəmizdə və Türkiyədə texnologiyaların kommersiyalaşdırılması və transferi sahəsinin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məlumat mübadiləsi aparılıb, potensial əməkdaşlıq imkanları müzakirə edilib.