Küveyt Elm Klubu XVII Yaxın Şərq Beynəlxalq İxtiralar Sərgisində iştiraka dəvət edir
2027-ci il 31 yanvar – 3 fevral tarixlərində Küveyt şəhərində Küveyt Elm Klubunun təşkilatçılığı ilə XVII Yaxın Şərq Beynəlxalq İxtiralar Sərgisi (IIFME 2027) keçiriləcək.
Sərginin məqsədi ixtira və innovasiyaların beynəlxalq səviyyədə nümayişi, ixtiraçılar, investorlar və sənaye tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsi, yeni texnologiyaların təşviqi və ixtiraların kommersiyalaşdırılmasının dəstəklənməsidir.
Sərgidə ixtiraçılar, universitetlər, elmi-tədqiqat müəssisələri, dövlət qurumları, özəl sektor və patent ofislərinin nümayəndələri iştirak edə bilərlər. Təqdim edilən ixtiranın patentlə qorunması və ya patentləşdirilməsi üçün müraciət edilmiş olması əsas iştirak şərtlərindəndir.
İxtiralar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, nəticələrə əsasən medallar, pul mükafatları və xüsusi mükafatlar təqdim olunacaq.
Sərgidə fiziki və onlayn iştirak mümkündür. İştirak ödənişlidir. Erkən qeydiyyat üçün son tarix 1 dekabr 2026-cı il, gecikmiş qeydiyyat müddəti isə 2–20 dekabr 2026-cı il tarixləridir.
İştirak etmək istəyən şəxslər və təşkilatlar qeydiyyat və iştirak şərtləri barədə ətraflı məlumat almaq üçün birbaşa təşkilatçılara registration@iifme.com elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
İştirak şərtləri və qeydiyyat barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://api.iifme.com/Contents/Images/SiteContents/Registration_fees_detail.pdf