
Mərkəzin rəhbərliyi beynəlxalq tədbirdə iştirak edib
26 may 2025-ci il tarixində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin rəhbərliyi Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı ilə AzTU-da keçirilən “Strategic Talks on Innovation & Commercialization for Knowledge Sharing” – (STICKS International 2025) mövzusunda beynəlxalq tədbirdə iştirak edib.
Tədbir çərçivəsində təşkil olunan iki əsas paneldə universitet-sənaye əməkdaşlığı, elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, startapların dəstəklənməsi və beynəlxalq tərəfdaşlıq kimi məsələlər müzakirə olunub.