Patents

Pnevmatik külək nasos qurğusu

I.  ÜMUMİ VƏZİYYƏT

 

·   Ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların və strateji obyektlərin suvarma, içməli su və elektrik enerjisi təminatı hələ də böyük ölçüdə ənənəvi üsullarla həyata keçirilir.

     Xüsusilə şəbəkədən kənar ərazilərdə suyun pompalanması və sabit elektrik enerjisinin əldə edilməsi ciddi infrastruktur asılılığı yaradır.

·     Problemlər: 

        -     su və resurs israfı (vacib: ölkənin şirin su ehtiyatı olduqca azdır);

        -     artıq suvarmadan dolayı torpağın şorlaşması və məhsuldarlığın azalması;

        -     vaxt itkisi.

·     Həll yolu: çoxfunksiyalı, ekoloji təmiz pnevmatik külək-enerji sisteminin tətbiqi.

 

  II.  QISA TƏSVİRİ

 

 ·   Külək energetikası sahəsinə aid olan qurğu obyektləri su və elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub.

 ·   Tətbiq sahəsi: fermer təsərrüfatları, fərdi və bağ evləri, eləcə də strateji əhəmiyyətli obyektlər.

 ·   Əsas özəlliklər/üstünlüklər:

      1.   off-grid sistemdir, elektrik akkumulyatorlar və sıxılmış hava reviseri sayəsində külək olmadıqda belə iki günə qədər fasiləsiz işləyə bilir;

      2.   içməli və suvarma suyu təminatı, həmçinin fövqəladə hallarda istifadə üçün uyğundur;

      3.   tezalışan, toksik və zəhərli kimyəvi maddələrin təhlükəsiz ötürməsində istifadə oluna bilər;

      4.   yalnız külək enerjisindən istifadə edildiyi üçün ekoloji təmizdir;

      5.   komponentlərinin əsas hissəsi asan əldə olunur;

      6.   sadə quraşdırılma və istismar tələb edir.